Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

19 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mayın 18-i axşam saatlarından bəzi yerlərdə yağan yağış ötən gecə tədricən kəsilib.

Düşən yağıntının miqdarı Qax, Şahdağ, Ordubad, Gədəbəy, Naftalan, Balakən, Oğuz, Şəki, Tovuz, Daşkəsən, Gəncə, Şəmkir, Tərtər, Zərdab, İsmayıllı, Mingəçevir, Yardımlı, Astarada 3 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Biləsuvar, Lerikdə duman müşahidə olunub.

Mayın 18-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-26 dərəcə, Naxçıvanda 31 dərəcəyədək isti, dağlıq rayonlarda 9-15, aran rayonlarında 22-26 dərəcə isti olub.

Oxşar xəbərlər
OTACI