Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan və Almaniya peşə təhsilinin modernləşdirilməsi sahəsində əməkdaşlıq edir

18 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakıda texniki peşə təhsilində yeni metodların tətbiqi məsələsi müzakirə olunub”.

Press.az "Report-a istinadla " xəbər verir ki, İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) dəstəyi ilə təşkil etdiyi seminarın iştirakçıları Azərbaycanın Almaniya şirkətləri ilə bu sahədə əməkdaşlığını müzakirə ediblər.

Tədbirdə Azərbaycanın və Almaniyanın müvafiq dövlət strukturlarının nümayəndələri, müxtəlif şirkətlərin rəhbərləri iştirak ediblər. Azərbaycanda fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrində yüksək texnologiyalardan istifadə etməklə ixtisaslı kadr hazırlığının təşkili, eləcə də Azərbaycanın təhsil sistemində Almaniya təcrübəsinin tətbiqi barədə məlumat verilib.

BBP Azerbaijan Bildungswerk der Baden-Württembergischen Wirtschaft (BIWE) layihəsinin meneceri Mehmet Çakar müasir dünyada texnoloji dəyişikliklərlə ayaqlaşmağın çox vacib olduğunu qeyd edib.

"Bununla əlaqədar olaraq, BIWE layihəsi “Festo Didactic” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bu sahədə yeni metodların tətbiqini sürətləndirmək məqsədilə Bakıda seminar təşkil edib", - o deyib.

Oxşar xəbərlər
OTACI