Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukraynada təhsil alan azərbaycanlı tələbələrə MÜRACİƏT

18 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukrayna universitetlərində təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır”.

Press.az “Report” -a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova deyib.

O həmçinin bildirib ki, vətəndaşlar bəzi hallarda sərhədi keçməklə bağlı problemlə üzləşdiklərini söyləyirlər:

“Vətəndaşlarımız təhsil müddətində orada az olurlar. Ukrayna tərəfi ilə görüşəndə biz bu problemi onların diqqətinə çatdırmışıq və onların xahişi ilə daha çox problem yaşadığımız universitetlərin siyahısını təqdim etmişik”.

Agentlik sədri təhsil müddətində həmin ölkədə olmaları ilə bağlı vətəndaşlara müraciət edib:

“Həmçinin onlar universitetin akkreditasiyadan keçib-keçmədiyinə diqqət etməlidirlər. Hazırda, bildiyiniz kimi, Ukraynadakı vəziyyətlə əlaqədar orada təhsil almaq çox risklidir”.

Oxşar xəbərlər
OTACI