Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Son model “HONOR Magic5 Pro” smartfonunun icmalı

18 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

HONOR”un artıq yeni “Magic5 Pro” flaqman smartfonu var. Model müəyyən mənada unikaldır, çünki kompromissizdir. İstehsalçı, deyəsən, bütün ən qabaqcıl texnologiyaları götürüb və bu smartfonda cəmləşdirib. Nəticədə isə “DXOMARK”a görə “HONOR” kamera və displeylərin reytinqlərində lider mövqelərdədir. Gəlin yeni məhsulun xüsusiyyətlərinə nəzər salaq.

“DXOMARK” hesab edir ki, hazırda “Magic5 Pro” sənayedəki ən yaxşı displeyə malikdir. Ekran böyükdür, burada diaqonal 2448x1312, təsvir ölçüsü isə 6,8 düyümdən çoxdur. Ekran həm də bir qədər əyridir, lakin bu parıltı və ya təhrif olunmuş rəngləri qıcıqlandıracaq qədər deyil. Bundan əlavə, matris normal rejimdə 1300 nit-ə qədər, HDR rejimində isə 1800-ə qədər çox yüksək parlaqlığa malikdir. Qarşımızda, həmçinin sənayenin ilk 2160Hz PWM ilə təmin olunmuş LTPO displeyi var. Bu yüksək sürət qıcıqlandırıcı qırpmaları aradan qaldırır və qaranlıqda oxuyan zaman göz yorğunluğunu azaldır.

“HONOR Magic5 Pro” ən son “Snapdragon 8 Gen 2” flaqman çipinin bazası üzərində qurulub. Bu, ilk növbədə həddindən artıq istiləşən sələfinin problemlərini aradan qaldıran uğurlu bir prosessordur. Mühəndislər effektiv istilik yayılması üçün burada maye soyutma və superkeçirici kristal qrafen sistemindən istifadə edib. Nəticədə, “Magic5 Pro” hətta uzunmüddətli oyun sessiyaları zamanı belə qızmır. Eyni zamanda, “Snapdragon 8 Gen 2” müxtəlif tapşırıqlara yönələn, çevik və müxtəlif nüvələr dəstinə sahibdir.

“HONOR Magic5 Pro” 512 GB yaddaş və 12 GB RAM-la təchiz olunub. Bu da kifayət etməsə, sistem əlavə olaraq 7 GB-a qədər sürətli yaddaş təqdim edir. Maraqlı və qeyri-adi yeniliklərdən biri də video emalı üçün nəzərdə tutulan çipdir. O, HDR effekt əlavə edə, hərəkət bulanıqlığını aradan qaldıra və həmçinin videonu daha aydın edə bilər. Və bütün bunları prosessorda lazımsız yük olmadan həyata keçirir.

“HONOR Magic5 Pro” üç əsas 50 meqapiksellik fotosensora malikdir. Tetrapixel texnologiyası aşağı işıq şəraitində dörd qonşu 1,4µm pikseli bir nəhəng 2,8µm piksel halında birləşdirir. Bu, hətta qaranlıqda belə kifayət qədər işıq əldə etməyə imkan verir. Əsas kameranın digər üstünlüyü obyektivdə təkmilləşdirilmiş şəffaflığa malik parıltı əleyhinə örtükdür. “Magic5 Pro” kameraları sürətlə hərəkət edən obyektləri çəkənlər üçün də bir tapıntıdır. İstehsalçı, kameranın işə salınması, fokuslanma, çəkiliş sürəti və təsvirin işlənməsi sürətində əhəmiyyətli irəliləyiş olduğunu iddia edir. Bundan əlavə, şəklin aydınlığına, kadrdakı şəxsin üz ifadəsinə və digər parametrlərə əsaslanaraq ən yaxşı kadrları özü seçən süni intellekt işə düşür.

Orta gündəlik istifadə ilə 5100 mAh tutumlu daxili batareya iki gün işləmək üçün kifayətdir. Smartfon 17 saat fasiləsiz video nümayiş etdirə bilir. “HONOR Magic5 Pro”ya 66 Vt gücündə şarj cihazı da daxildir. Onun köməyi ilə smartfon 15 dəqiqə ərzində demək olar yarıya qədər enerji yığır,  tam doldurmaq üçün cəmi 50 dəqiqə vaxt ona yetir. O, həmçinin enerjini təxminən bir saata dolduran 50 Vt simsiz şarjı dəstəkləyir.

Smartfonu Azərbaycanda 2499,99 AZN qiymətinə, Çəmən Yaşılı və Qara seçimləri ilə 2 rəngdə əldə etmək olar. Mayın 19-dan iyunun 4-dək “HONOR Magic5 Pro” alan zaman “HONOR Watch GS3” və brend smartfon qabı hədiyyə olunacaq.

Oxşar xəbərlər
OTACI