Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

37 yaşlı kişi ilə nişanlanan 13 yaşlı qızla bağlı AÇIQLAMA - VİDEO

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda 37 yaşlı qohumu ilə istəmədən nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb və dövlətin himayəsindədir.

Press.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, qızcığaz və kiçik bacısı ötən gündən etibarən Sosial Xidmət Agentliyinin Reablitasiya Mərkəzinə yerləşdiriliblər.

Məlumata görə, anaları indiyə kimi onlarla maraqlanmayıb.

Sığınacağın şöbə müdiri Gülnaz Məmmədovanın sözlərinə görə, uşaqlar istəyərlərsə anaları ilə sığınacaqda birlikdə qalmaları təşkil oluna bilər.
Hazırda uşaqlar Reabilitasiya Mərkəzinin mütəxəssislərinin nəzarətindədirlər. Onlar müəssisəyə yerləşdirildikdən sonra bir necə müəyinədən keçiblər.

Şöbə müdiri əlavə edib ki, qızlar müəssisədə 180 gün müddətində qala bilərlər. Amma ehtiyac olacağı təqdirdə bu müddət uzadıla bilər.

Daha ətraflı süjetdə:

 

Oxşar xəbərlər
OTACI