Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ilk: “Kosmik fəaliyyət haqqında” qanun layihəsi nə vəd edir? - ŞƏRH + FOTO

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda yeni - “Kosmik fəaliyyət haqqında” qanun layihəsi hazırlanıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən qanun layihəsi Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik fəzada milli fəaliyyətin həyata keçirilməsi və kosmik sənayedə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.

Qanun layihəsi haqqında Oxu.Az-a danışan iqtisadçı, deputat Vüqar Bayramov vurğulayıb ki, layihə kosmik fəaliyyətin dəstəklənməsini, bu sahənin prioritetləşməsini özündə ehtiva edir:

“Azərbaycan kosmik sənayeyə malik ölkələrdəndir və son zamanlar kosmik sahənin gəlirlərində artım var. Eyni zamanda, ölkəmiz bu sahədə aktiv siyasət həyata keçirir. Kosmik sənaye üzrə növbəti beynəlxalq illik toplantı da bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək. Bu ondan xəbər verir ki, biz artıq bu sahədə öz mövqeyimizi möhkəmləndirmişik.

Kosmik fəaliyyət fərqli və yeni sahədir. Bu, Yerdə olmayan xidmətlərdən gəlirlərin əldə edilməsi və idarəedilməsini özündə ehtiva edir. Ona görə kosmik fəaliyyət sahəsində yeni layihənin qəbulu və icrası çox vacib idi. Bu kontekstdən, yeni layihə qəbul olunarsa, Azərbaycanda kosmik sənayenin dəstəklənməsinə imkan verəcək. Xüsusilə, qeyri-neft sektorunda gəlir mənbələrinin genişləndirilməsi və diversifiksiyası baxımından vacibdir. Qanun, həmçinin ona da imkan verəcək ki, kosmik fəaliyyətin qanunverici bazası formalaşdırılsın və gələcəkdə təkmilləşdirilsin”. 

Qeyd edək ki, “Kosmik fəaliyyət haqqında” qanun layihəsinə əsasən, kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

- kosmik fəzadan sülh naminə istifadə edilməsi;

- milli maraqların qorunması;

- kosmik resurslardan səmərəli istifadə olunması;

- milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi;

- kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.

Qanun qəbul olunacağı təqdirdə ölkəmizdə kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edəcək və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyəcək.

Qəbul ediləcəyi təqdirdə bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.

Oxşar xəbərlər
OTACI