Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həkim: “Limonla təzyiqi stabil saxlamaq düzgün deyil”

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Limon faydalıdır, lakin təzyiq məsələsində limon çıxış yolu deyil. Hipertoniyanın müalicəsi kimi limon düzgün seçim deyil”.

Press.az Oxu.Az-a istinadla  xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayım zamanı Nazirliyin mütəxəssis eksperti, kardioloq Fərid Əliyev arterial hipertoniya haqqında danışarkən deyib.

O bildirib ki, hipertoniyanın müalicəsi ilə bağlı yüzlərlə dərman var:

“Həkim müayinəsi və təyinatı üzrə bu dərmanlardan hansısa birini istifadə etmək olar. Biz limonun faydalı olmadığını demirik. Sadəcə təzyiq problemi olan insanların bu prosesi limonla nəzarətdə saxlamağa çalışması doğru deyil. Limonun öz faydası var, sarımsağın öz faydası var. Lakin əgər sağlamlıqda hər hansı problem varsa, zəruri dərman preparatlarından istifadə etmək daha məqbul hesab edilir”.

Oxşar xəbərlər
OTACI