Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsmayıllıda qəsdən yanğın törədilib

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, İsmayıllı kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və yaxınlıqdakı meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Ədalət İnqilab oğlu İskəndərov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Oxşar xəbərlər
OTACI