Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həyatın dibindən təhsilə: Sığınacaqdakı qızlar gələcək planlarından danışdılar

17 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağının iki şagirdi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında kollecə qatılmaq hüququ qazanıb. 

Bu barədə birliyin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, sığınacağın iki qızı bu hüququ qazanıb:

“Sevincimizin həddi hüdudu yoxdur. Böyük travmaları aşan bu qızcığazların sevinc göz yaşlarını silmək belə xoş gəlir”.

Qeyd edək ki, qızların hər ikisinin ağır həyat hekayəsi var və məişət zorakılığı qurbanlarıdır. Çox ciddi travmalar yaşayıblar.

Həmin qızlar Oxu.Az-a danışıblar. 

R.N. deyib ki, 2022-ci ildən birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində qalır:

“Mənim anam yeddi il əvvəl, atam isə mən sığınacağa gələndən 15 gün sonra vəfat ediblər. Uzun müddət təhsildən uzaq qalmışdım. Burada psixoloq mütəmadi olaraq mənimlə söhbətlər aparıb. Daha sonra sığınacaqda mən və digər qızlar üçün müəllim tutuldu və könüllülərin köməkliyi ilə dərslərlə məşğul olduq.

Kollecə imtahan vermək üçün şans qazandığıma görə çox sevincliyəm. Qida texnologiyası üzrə təhsil almaq istəyirəm. Fikrimcə, daha sonra böyük nailiyyətlər əldə edə bilərəm”.

A.M. isə deyib ki, kollecə daxil olsa, müəllim olmaq istəyir:

“Mən bir ildir sığınacaqdayam. Bizə göstərilən köməkliklə kollecə hazırlaşırıq. Hazırda anam həbsdədir. Yaxın müddətdə oradan çıxmayacaq. Təhsil alıb, öz ayaqlarımın üzərində durmaq istəyirəm”.

Kəmalə Ağazadə vurğulayıb ki, qızların imtahanlarda yaxşı nəticə qazanacaqlarına əmindir:

“Hər kəs əvvəlcə təhsilə cəlb edilməlidir. Məişət zorakılığının qarşısını bu cür ala bilərik”.

Oxşar xəbərlər
OTACI