Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şabranda kütləvi zəhərlənmə olub

16 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

Press.az "Report"a istinadla xəbər verir ki, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.

Oxşar xəbərlər
OTACI