Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zəhərli bir ailədə böyüdüyünüzü göstərən 8 əlamət

16 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Narahatlıq, emosiyaların boğulması, özünə hörmət əksikliyi - təəssüf ki, bəzi uşaqlar bunları valideynlərindən "miras" alırlar. Böyüklərin övladının hisslərinə qarşı eqoizmi və laqeydliyi nəticəsində, uşaqlar hər şeydə özlərini günahlandırmağa başlayır, özlərini aciz hiss edirlər, insanlarla münasibət saxlamaqda çətinliklər yaşayırlar.
BiG.AZ bu mövzunu oxucularının daxili dünyaları ilə məşğul olmaqda kömək etmək üçün araşdırıb.

Siz manipulyasiya olunmaqdan qorxursunuzZəhərli ailələrdə manipulyasiya sevdiklərini idarə etmək üsuludur. İnsan gündəlik olaraq təzyiq hiss etdikdə, bu, emosional istismara çevrilir. Başqalarına etibar etmək onun üçün çətinləşir. Daimi manipulyasiya hissi psixoloqların "qaçınma davranışı" adlandırdıqları vəziyyətə gətirib çıxara bilər.

Başqalarına güvənməkdə və insanlarla münasibət qurmaqda çətinlik çəkirsiniz.İnsan, gərgin mühitdə, bir-birini qıcıqlandıraraq alçaltmağın adət olduğu ailədə böyüyəndə bu, öz izini buraxmaya bilməz. Uşaq valideynlərdən dəstək almır, onun daim ayıq-sayıq olması lazımdır. Sonradan bu hissdən qurtulmaq çətinləşir və insan həmişəlik bu vəziyyətdə qalır. Nəticədə belə şəraitdə böyüyən uşaq insanlara güvənməyi öyrənə bilmir. Onun başqa bir insana açılması çətinləşir. Ailədə fiziki və emosional zorakılığı daim müşahidə edən şəxs "düzgün" münasibət haqqında fikir formalaşdırması çətindir.

Uğursuzluğu çox ciddi qəbul edirsiniz.Zəhərli bir mühitdə böyümüş insanlar yararsız olduqlarını düşünməyə öyrəşmişlər. Valideynlər onlara qarşı həddindən artıq tələbkar olur, onları ümidlərini doğrultmamaqda ittiham ediblər. Bu səbəbdən belə valideynlərin övladlarında özünə inamı aşağı düşür və ən kiçik səhvlər belə yetkinlik dövründə onların balansını poza bilər.

Sizdə şəxsiyyət hissi yoxdurAilənin razılığı insanın psixi sağlamlığının mühüm tərkib hissəsidir. Bu, sevilmək və bir ailəyə aid hiss etmək qədər vacibdir. Uşağın valideynləri ilə münasibətləri təzyiq və təhqir üzərində qurularsa, balaca bir insanın daxili dünyası əziyyət çəkə bilər. Uşaqda özünü tanıma və hörmət etmə problemi yarana bilər ki, bu da nevroz və depressiyaya səbəb olur.

Özünüzü çox tənqid edirsiniz
Valideynlərin günahı ucbatından uşağın qazandığı aşağı özünə hörmət onu axmaq və lazımsız hiss edir. O, daha yaxşısına layiq olduğunu hiss etmir. Belə bir insan nə edirsə etsin, özünü başqalarından pis hesab etdiyi üçün daim özünü tənqid edəcək qərarlarına şübhə ilə yanaşacaq. Bu ona əziyyət verir. Bu hal psixoloji dəstək olmadan dəyişdirilə bilməz.

Ən son özünüzü düşünürsünüz.Övladlarını fiziki və ya sözlə aşağılayan valideynlər onların emosiyalarına etinasız yanaşırlar. Uşaqlar öz hisslərini onlara çatdırmağa çalışdıqda, bu vəziyyəti daha da pisləşdirir. Uşaqlar ağrılarını, incikliklərini və qəzəbini gizlətməyə alışırlar. Çox güman ki, yetkinlik dövründə digər insanların duyğuları onlar üçün prioritet olacaq.

Özünüzü daim çarəsiz uşaq kimi hiss edirsiniz.Zəhərli valideynlər bəzən uşağının böyüdüyünü etiraf etməkdən imtina edirlər. Yaşı neçə olsa da, ona köməksiz uşaq kimi davranmağa davam edirlər. Nəzarət etmək və əmr etmək istəyirlər və müqavimətlə qarşılaşdıqda, sanki dərindən incimiş kimi davranaraq, uşağı günahkar hiss edirlər.

Özünüzü tez-tez narahat hiss edirsiniz
Zəhərli ailələrdə böyüyən insanlara tez-tez narahatlıq pozğunluğu diaqnozu qoyulur. Bu, ailədəki qeyri-sabit atmosfer, psixoloji təzyiq, fiziki cəza və təhlükəsizlik hissinin olmaması ilə əlaqədardır. Anksiyete pozğunluğu olan uşaqlar diqqəti cəmləməkdə çətinlik çəkir, tez-tez qıcıqlanır, narahat və gərgin hiss edirlər.

Ülkər Rəhmanqızı

Oxşar xəbərlər
OTACI