Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə ərini qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayır

16 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə rayonunda ərini qətlə yetirməkdə təqsirləndirilən Aysu Çərkəzlinin məhkəməsi başlayır.

Press.az  "Report-a istinadla " xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı mayın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Bərdə rayonunda qeydə alınıb.

Belə ki,1994-cü il təvəllüdlü Aysu Çərkəzli qısqanclıq zəminində əri 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlini bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Oxşar xəbərlər
OTACI