Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məzarına şəhid yoldaşı ilə birgə fotosu qoyuldu - FOTO

15 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, mayın 13-də Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanova öz qayını Taleh Qurbanov tərəfindən qətlə yetirilib.

Press.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Vətən müharibəsi şəhidi Saleh Qurbanovun həyat yoldaşı olan Ləman Qurbanova artıq dəfn olunub.

Onun məzarının üstünə şəhid həyat yoldaşı ilə birgə fotosu qoyulub.

Qeyd edək ki, Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Oxşar xəbərlər
OTACI