Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Quba, Qax, Lerik və Göygöldə kömür quyuları aşkar edilib

15 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba, Qax, Lerik və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Bu barədə Press.az -a  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Tülər kənd sakini Nemət Dadaşov, Gültəpə kənd sakini Taleh Zülfüqarov, Qax rayonu Lələpaşa kənd sakinləri Yusif və Anar Əliyevlər, Lerik rayonu Daster kənd sakini Mirkazım Əzizov, Göygöl rayonu Toğanalı kənd sakinləri Şöhrət Ocaqverdiyev və Həsən Həsənov olduğu müəyyən edilib:

“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.

Oxşar xəbərlər
OTACI