Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda irigövdəli ağac məhkəmə binasının üzərinə aşıb

15 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yağışlı və küləkli hava şəraiti ilə bağlı gecə saatlarında irigövdəli xan çinarı məhkəmə binasının üzərinə aşıb. Səhər saatlarında hadisə yerinə baxış keçirilib və əməkdaşlarımız təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlər görürlər”.

Göyçay Rayon İcra Hakimiyyətinin Göyçay şəhər üzrə nümayəndəsi Seymur Soltanov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində Göyçay Rayon Məhkəməsinin inzibati binasına ciddi ziyan dəyməyib.

O bildirib ki, qeyri-sabiq hava davam etdiyi üçün ağacı budaya bilmirlər:

“Xan çinarının gövdəsinin diametri təxminən 1,20 sm-ə, hündürlüyü 30-35 metrə yaxındır. Ağac asfalt örtüyünü dağıdaraq aşdığı üçün binaya sürətlə çırpılmayıb. Hadisə nəticəsində kommunikasiya xətlərinə ziyan dəyməyib. Sadəcə məhkəmə binasının elektrik təchizatını təmin edən xətlər qırılıb, o da qısa zamanda bərpa edilib. Hazırda yağışlı hava şəraiti davam etdiyi üçün ağacın budanması zaman alır. Yağışlı havada irigövdəli ağacı budamaq təhlükəlidir. Gün ərzində ağacın ərazidən götürülməsi ilə bağlı zəruri tədbirlər görüləcək”.

13:49

İrigövdəli ağac məhkəmə binasının üzərinə aşıb.

Press.az  Oxu.Az-a istinadla  xəbər verir ki, hadisə Göyçay rayonunda baş verib. 

İrigövdəli ağac Göyçay Rayon Məhkəməsinin inzibati binasının üzərinə aşıb. Hadisə zamanı binanın damına ziyan dəyib. 

Hadisə ilə bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Oxşar xəbərlər
OTACI