Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

May “gəlməyi unudub”: Hava niyə düzəlmir? - AÇIQLAMA + FOTO

15 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son günlər Azərbaycan ərazisində soyuq hava müşahidə olunur. 

Belə ki, may ayı olsa da, fasilələrlə yağış yağır, dolu düşür, külək əsir, hətta bəzi yerlərə qar da yağır. 

Bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hər ilin mart, aprel, may aylarında havanın dəyişkənliyi daha çox müşahidə olunur:

“Tez-tez yağış yağır, dolu düşür, intensiv külək olur, hətta qar yağır. Bu da ölkə ərazisinə şimal, şərq və Avropadan daxil olan hava kütlələrini, atmosfer cəbhələrini çətinləşdirir. Baş verən iqlim dəyişmələri nəticəsində son 30 ildə havanın temperaturu 1,4 dərəcə artıb, yağıntılar azalıb.

Eyni zamanda, son dövrlər küləyin sürətinin 25-30 m/s-dək güclənməsi, dənizdə dalğalanma, çaylarda sel hadisələri baş verir. Bunu iqlim dəyişmələri və aprel-may aylarının dəyişkən olması ilə əlaqələndirirəm. Biz aprel ayında havanın temperaturun normadan yüksək və aşağı olduğu günləri müşahidə etmişdik. Mayda da olur və gələcəkdə də olması istisna edilmir”.

R.Verdiyev bildirib ki, iqlim dəyişməsi nəticəsində son illərdə su ehtiyatlarımız 15-20 faizə qədər azalıb:

“Hətta bəzi çaylarda 30 faiz su azalıb və quraqlığa meyillilik artıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova isə Oxu.Az-a açıqlamasında bildirib ki, 2022- ci ilin may ayında orta aylıq temperatur 16,5 dərəcə isti, bu il isə orta ayıq temperatur 17,1 dərəcə təşkil edib.

Qeyd edək ki, havanın küləkli və rütubətli olması, bəzi meteohəssas insanlarda narahatlıq hissi yaradır. Belə ki, havanın temperaturun kəskin yüksəlməsi və yaxud aşağı enməsi, külək əsməsi, yağış yağması kimi hidrometeoroloji proseslər həmin insanlara öz təsirini göstərir.

Bunu daha çox ürək, damar və tənəffüs yolu xəstəlikləri olan insanlara şamil etmək olar. Meteohəssas insanlarla bağlı edilən xəbərdarlıqlarda, əsasən, güclü külək, kəskin isti və yaxud kəskin şaxtalar zamanı açıq havada çox qalmamaq məsləhət görülür. 

İlhamə Əbülfət

Oxşar xəbərlər
OTACI