Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kəskin soyuqlar ölkədə məhsul qıtlığına səbəb olacaq? - Nazirlikdən AÇIQLAMA

15 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“May ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil”.

Bunu “Trend”ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Hüseynov deyib. O bildirib ki, bölgələrdə hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarını sığortalamış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna müraciətlər daxil olmaqdadır:

“Müraciətlər əsasında Fond tərəfindən fermerlərə dəymiş zərərin müəyyən olunması üçün müstəqil sığorta ekspertlərinin bölgələrə ezam olunması təmin edilir. Ekspertlər tərəfindən dəymiş zərər müəyyən olunduqdan sonra sığorta ödənişlərinin edilməsi barədə qərar qəbul olunacaq”.

V.Hüseynov qeyd edib ki, son dörd gündə bu məsələ ilə bağlı Fonda cəmi 12 müraciət daxil olub.

“Yəni müraciətlərin sayının azlığı baş verən hadisələrin ümumi məhsuldarlığa təsirinin olmayacağını göstərir”, - şöbə müdiri deyib.

Oxşar xəbərlər
OTACI