Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda iki nəfər dəm qazından zəhərləndi

15 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şamaxıda iki nəfər dəm qazından zəhərlənib.

Press.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə şəhərin M. Bayramov küçəsində baş verib.

Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Əliyev Fizuli Vahid oğlu və 1986-cı il təvəllüdlü Əliyeva Aygün Mirşah qızı yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.

Xəstələr Şamaxı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, lazımi tibbi yardım göstərilib və vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI