Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Peskov: “Ermənistan - Azərbaycan münasibətlərinə dair üçtərəfli razılaşmalar alternativsizdir”

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Üçtərəfli razılaşmalar Bakı ilə İrəvan arasında nizamlanma üçün alternativsiz əsas olaraq qalır.

Press.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında “Moskva.Kreml.Putin” proqramına müsahibəsində deyib.

“Əlbəttə, müəyyən həssas məqamlar var. Rusiya iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərə tam riayət edir. Biz bu mövqedən çıxış edirik ki, həmin sənədlər hələ də nizamlanma üçün alternativsiz əsasdır. Nizamlanmaya nail olmaq üçün biz məhz bu razılaşmaları yerinə yetirmək yolu ilə getməliyik”, - Kremlin sözçüsü jurnalist Pavel Zarubinin Rusiya və Ermənistan arasında qarşılıqlı fəaliyyətlə bağlı suallarını cavablandırarkən vurğulayıb.

Eyni zamanda, o, əmin edib ki, ümumilikdə Moskva və İrəvan arasında “mütərəqqi tərəfdaşlıq əlaqələri” hələ də inkişaf edir.
“Bu, dərin tarixi kökləri olan xüsusi əlaqələrdir. Əminik ki, onların parlaq gələcəyi var”, - Peskov bildirib.

Oxşar xəbərlər
OTACI