Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu yolda subasmadan sonra hərəkət bərpa olundu - VİDEO

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin subasmaya məruz qalması və nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması barədə məlumat daxil olub.

FHN-dən Press.az-a verilən məlumata görə, əraziyə nazirliyin Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış ərazidən su çəkilib kənarlaşdırılaraq nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.

 

Oxşar xəbərlər
OTACI