Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş başlayıb

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

Press.az bu barədə "Report"a istinadən xəbər verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Prezident İlham Əliyev və Şarl Mişel arasında görüş keçirilib. Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Oxşar xəbərlər
OTACI