Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İlham Əliyev və Şarl Mişelin görüşündə Ermənistanın təxribatları müzakirə edildi

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında mayın 14-də Brüsseldə keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edən Brüssel formatının bərpasından məmnunluq ifadə olunub.

Press.az bu barədə "Report"a istinadla xəbər verir.

Prezident İlham Əliyev tərəfindən Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və regionda davamlı sülh ve təhlükəsizliyin təmin olunması və sabitliyin təmin olunması istiqamətində olan səyləri yüksək qiymətləndirilib.

Həmçinin görüşdə Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar məsələsinə də toxunulub və regional məsələlər müzakirə olunub. Eləcə də bugünlərdə Ermənsitan tərəfi ilə keciriləcək üçtərəfli görüşün gündəliyinə aid olan məsələlər barəsində də fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə son günlərdə Ermənistan tərəfindən iki ölkənin sərhəddində Kəlbəcər istiqamətində törədilmiş məqsədyönlü ermənkhaqqında da məlumat verilib.

Oxşar xəbərlər
OTACI