Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mingəçevirdə minik avtomobili yanıb - VİDEO

14 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Press.az-a verilən məlumata görə, bununla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Oxşar xəbərlər
OTACI