Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zaqatalada məktəbdə başlayan yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatalada məktəbə düşən ildırım nəticəsində başlayan yanğın söndürülüb.

Press.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçmədən qısa müddətdə söndürülüb", - deyə bildirilib.

***

Zaqatalada mətkəb binasında yanğın başlayıb.

Press.az APA-ya istinadla xəbər verir ki, saat 20:40-da rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbin binasının dam örtüyündə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

 

Oxşar xəbərlər
OTACI