Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan vətəndaşı Belçikada itkin düşüb - FOTO

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Belçikada yaşayan azərbaycanlı itkin düşüb.

Press.az APA-ya istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu Brüssel şəhərində yaşayıb. O, sonuncu dəfə 5 gün əvvəl-mayın 8-də şəhər kənarında yerləşən klinika ərazisində görülüb.

İtkin şəxsin bacısı Sevil Abbasova APA-ya bildirib ki, qardaşı bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alıb, yaddaş itkisi və oruentasiya pozğunluğundan əziyyət çəkir.

Nizami Məmmədovun itkin düşməsi ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə və polisə məlumat verilib.

Onu görən şəxslərdən +994 55 757 69 23 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Oxşar xəbərlər
OTACI