Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtobusa səhv minən 6 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda avtobusa səhv minən 6 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, agentliyin Çağrı Mərkəzinə (Alo141) vətəndaş tərəfindən daxil olan müraciətə əsasən, 88 nömrəli marşruta saat 15:30 radələrində 6 yaşlı oğlu səhvliklə minib. Övladının tapılması üçün çağrı mərkəzimizə müraciət edib.

Müraciəti qəbul etdikdən dərhal sonra araşdırma aparılıb. Belə ki, “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 88 nömrəli marşrutda fəaliyyət göstərən avtobuslara “AVL” proqram təminatı vasitəsilə mesaj göndərilib. Bundan əlavə xəttə nəzarət edən, xətt dispetçerləri ilə telefon əlaqəsi yaradılıb uşaqla bağlı bütün məlumatlar verilib.

16:25 radələrində oğlan uşağı tapılıb və valideyni ilə əlaqə saxlanılaraq metronun “İçərişəhər” stansiyası yaxınlığında polis əməkdaşlarının müşayiəti ilə təhvil verilib

Oxşar xəbərlər
OTACI