First slide

Ali Məhkəmə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçiribAli Məhkəmə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirib

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ali Məhkəmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası keçirib.

"Press.az Report" -a istinadla xəbər verir ki, aksiyada Ali Məhkəmənin sədri İnam Kərimov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.

Ali Məhkəmənin hakimləri və Aparat əməkdaşlarının qatıldığı aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Oxşar xəbərlər
OTACI