Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naxçıvanda baş həkimlə şöbə müdiri arasında İNSİDENT: İşçilər etiraza qalxdılar - FOTO

31 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş həkimlə şöbə müdiri arasında mübahisə tibb işçilərinin etirazına səbəb olub.

Press.az APA-ya istinadən xəbər verir ki, baş həkim Zəbur Bağırovun Laboratoriya şöbəsinin müdiri Tapdıq Kəngərlini təhqir etdiyi, əməkdaşların isə buna etiraz etdiyi bildirilir.

Məlumata görə, şöbə müdiri tibb işçisinə analiz götürmək üçün onkoloji xəstənin evinə getməsinə icazə verib. Baş həkimin isə buna görə şöbə müdirinə irad bildirərək onu təhqir etdiyi iddia olunur. Baş həkimin müavini Ramazan Abbasovla da şöbə müdiri arasında fakta görə mübahisə yaranıb və nəticədə müdiriyyət tərəfindən Tapdıq Kəngərliyə şiddətli töhmət verilib. Bu qərardan sonra tibb bacıları və bəzi həkimlər etiraz ediblər, onlar analizlərin götürülməsini dayandırıblar. Tapdıq Kəngərli isə şöbə müdirliyindən azad olunması üçün ərizə yazıb.

Tapdıq Kəngərli şöbə müdirliyindən çıxarılması üçün ərizə yazdığını təsdiqləyib.

Oxşar xəbərlər
OTACI