Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə qanunsuz şumlama işləri aparılıb, ağac və kol bitkiləri məhv edilib

31 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin əməkdaşları keçirilən nəzarət tədbirləri zamanı Bərdə meşəbəyliyinin 1 saylı dolayında qanunsuz şumlama işlərinin aparıldığını və nəticədə ağac və kol bitkilərinin məhv edildiyini müəyyən edib.

Press.az xəbər verir ki bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov report-a bildirib ki, aparılan araşdırma zamanı ağac və kolların Ağdam rayonu, İsmayılbəyli kənd sakini Həsən Həsənov tərəfindən məhv edildiyi məlum olub.

O qeyd edib ki, faktla bağlı akt tərtib edilib: “Meşə təsərrüfatına dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.

Oxşar xəbərlər
OTACI