Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan və Qazaxıstan baş nazirləri arasında telefon danışığı olub

31 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Martın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Press.az xəbər verir ki Nazirlər Kabinetinin mətbuat xidmətindən report-a bildiriblər ki, Baş nazir Əli Əsədov Alixan Smailovu yenidən Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı əsnasında iki ölkə arasında dostluq münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər
OTACI