Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub

31 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər sağalıb.

Bu barədə Press.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutka ərzində koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 724 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 156 nəfər müalicə olunaraq sağalıb, hazırda 386 aktiv xəstə var. Bu günə qədər 10 182 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 792, bu günə qədər isə ümumilikdə 7 558 593 test icra olunub.

Son sutkada ölkədə 467 vaksin vurulub. Bununla da vurulan vaksinlərin sayı 13 954 700-ə çatıb.

Oxşar xəbərlər
OTACI