Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Spirtli içki verilən restoranlarda iftar menyusu təklif olunması düzgündürmü? - QMİ rəsmisindən AÇIQLAMA

30 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ramazan ayında bir çox restoranlar müştərilərinə iftar üçün xüsusi menyular təklif edirlər. Ancaq ölkəmizdə bəzi restoranlar var ki, iftar menyusu təklif etsələr belə, spirtli içkilərin də verilməsinə paralel olaraq davam edirlər.

Bəs bu, dini cəhətdən nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Bizim.Media-ya açıqlamasında fikirlərini bölüşübQMİ rəsmisinin fikrincə, Ramazan ayında iftar menyusunu təklif edən menyular oruc tutmağın nə demək olduğunu anlayırlar:

“Ramazan süfrəsi açılan yerdə, yəqin ki, içki süfrəsi olmaz. Bu mümkün olmayan haldır. Restoranlar və yeməkxanalar: “İftar menyularımız var və buyurun iftarınızı bizimlə edin”, - deyirlərsə, onlar bir ay ərzində bu günah əməli etməzlər.

Amma təbii ki, istənilən dini əqidə sahibləri Vətənimizdə azad şəkildə yaşayırlar. Bu baxımdan, heç kəsə zorla nəyisə diktə edə bilmərik. Buna haqqımız da yoxdur. İnsanın ibadəti də könüllüdür. O restoranlar ki, Ramazan ayında iftar menyusu ilə yanaşı içki verirlər, bu, yolverilməz haldır.

Başqa bir hal da mümkündür. Məsələn, spirtli içki təklif edən restoranlar, heç olmasa, Ramazan ayında bu cür məhsulların verilməsini dayandırmalıdırlar. Ümid edirəm ki, restoran sahibləri Ramazan ayının hörmətini qoruyub-saxlayarlar”.  //Press.az 

Oxşar xəbərlər
OTACI