Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaxın saatlarda Bakıda küləyin maksimal sürəti 25-30 m/s-yə çatacaq

30 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

 

Respublikanın bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.

Press.az Oxu.Az-a istinadla  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/s-yə çatıb:

“Yaxın saatlarda isə Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 18-23, arabir 25-30 m/s-yə çatacaq. Güclü küləkli hava şəraitinin daha 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə isə arabir 38 m/s-yə çatacağı ehtimal olunur. Aprelin 1-i gündüz saatlarından külək tədricən mülayimləşəcək”.

Qeyd edək ki, hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Dumanlı hava şəraiti martın 30-u gündüzədək davam edəcək.

Oxşar xəbərlər
OTACI