Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib

30 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 30-dan etibarən aprelin 1-i axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişərək qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, şimşək çaxacağı proqnozlaşdırılır.   //press.az 

Oxşar xəbərlər
OTACI