Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağstafada yeniyetməni öldürən 17 yaşlı şəxs saxlanıldı

30 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağstafa rayon sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Press.az Oxu.Az-a istinadla   xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Məlumatda bildirilir ki, Ağstafa Rayon Polis Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2009-cu il təvəllüdlü Ağstafa rayon sakini Cavanşir Bədirovu öldürməkdə şübhəli bilinən rayon sakini, 2006-cı il təvəllüdlü Yusif Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Oxşar xəbərlər
OTACI