Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“31 Mart soyqırımı insanlığa sığmayan cinayətdir”

29 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 Mart soyqırımının 105-ci ildönümü olacaq. Bu, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin bir hissəsi idi. Soyqırımı nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Yaşayış məntəqələrimiz, tarixi abidələrimiz, məscid və qəbiristanlıqlarımız viran edilib.

Xatırladaq ki, son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı dünya tarixində ən vəhşi bir cinayətdir:

“31 Mart soyqırımına siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə verildi. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı Azərbaycanın genosid konsepsiyası kimi qəbul edilib. Ulu öndərin Fərmanından irəli gələn vəzifələrə əsasən, ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb.

Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib”.

Deputat qeyd edib ki, dünya miqyasında bu faciənin soyqırımı kimi tanıdılması istiqamətində çoxsaylı aksiya və tədbirlər təşkil olunub, geniş təşviqat xarakterli kampaniyalar davam etdirilir:

“Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən yad edilib”.

A.Hüseynov bu soyqırımı öz amansızlığı və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri hesab etdiyini bildirib:

“Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələrimizi də yerlə bir ediblər. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Ermənilər uşaqlara, qocalara rəhm etmədilər. Bu, ötən əsrin ən amansız soyqırımı kimi tarixə düşüb”.

Oxşar xəbərlər
OTACI