Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İnfeksionist: “Əhali arasında COVID-19-a yoluxma hallarının sayı minimal - ikirəqəmli həddədir”

29 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda son günlər yeni növ koronavirusa (COVID-19) yoluxma sayında rəqəmlər nisbətən artsa da, statistika elə də qorxunc deyil. Maraqlısı budur ki, bayram günlərində insanlar ictimai yerlərə üz tutduqlarından daha çox təmas yoluxmanın artmasına səbəb ola bilərdi.

COVID-19 virusu artıq sıradan çıxır, yoxsa insanlar arasında immunitet formalaşıb?

Mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov deyib ki, hazırda yeni növ koronavirus infeksiyası ilə əlaqədar epidemioloji durum qənaətbəxş hesab edilir. Uzun müddətdir ki, yeni yoluxma hallarının sayı minimal - ikirəqəmli həddədir:

“Yoluxan insanların əksəriyyəti xəstəliyi yüngül keçirir, xəstəxanalara yatış sayı çox kiçik həddədir. Hətta bayram günlərində insanlar arasında təmasların artmasına baxmayaraq, yoluxma hallarında sıçrayış müşahidə edilmədi. Bu onu deməyə əsas verir ki, vəziyyət kifayət qədər dayanıqlıdır.

Səbəb isə əhalinin əksər hissəsində xəstəliyə qarşı immunitetin formalaşmasıdır ki, bu da bir tərəfdən, xəstəliyi keçirmə, digər tərəfdən isə əsasən, kütləvi vaksinasiya hesabına əldə edilib. Təsadüfi deyil ki, Nazirlər Kabineti son vaxtlarda karantin rejiminin yumşaldılması istiqamətində qərarlar qəbul edir və son günlərdə də bu istiqamətdə addımlar atılmaqdadır”.

Oxşar xəbərlər
OTACI