Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Orucluq zamanı susuzluğun qarşısını almaq üçün - Məsləhətlər

26 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ramazan ayında oruc tutan insanların qarşılaşdığı əsas problemlərdən biri də susuz qalmaqla bağlıdır.

Press.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, oruc zamanı xüsusən də, imsakda bədənin su balansını qorunmaq və susuzluğun qarşısını almaq üçün bir sıra yollar mövcuddur.

Gəlin, həmin yollarla tanış olaq:

Yüksək su balansına sahib olan meyvələri yemək:

Bəzi meyvələrin tərkibinin böyük hissəsi sudan ibarətdir. Sahurdan sonra susuzluq hiss etmək istəmirsinizsə, su miqdarı yüksək olan qarpız, portağal ananas və banan kimi meyvələrdən istifadə edin.

Çiy tərəvəzlər su balansını artırır:

Çiy tərəvəzlərdə yüksək miqdarda su var. Sahur zamanı çiy tərəvəz və göyərtidən ibarət salat bədəninizin susuz qalmasının qarşısını alacaq.

Süd məhsulları susuzluğa kömək edəcək:

Ayran, qatıq, kefir kimi süd məhsulları orqanizmin su ehtiyacını ödəyir. Bu məhsulların kalorisi azdır, lakin uzun müddət toxluq hissi verir.

Meneral su Ramazanda oruc tutanların köməyinə gələcək:

Mineral su həm susuzluğun qarşısını alır, həm də həzmi asanlaşdırır.

Oxşar xəbərlər
OTACI