Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Emin Mahmudov: “Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”

23 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”.

Press.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

Kapitan komandanın matça hazır olduğunu söyləyib: “Rəqibin hansı mövqelərdə daha üstün olduğunu təhlil etmişik. Biz də son matçlarda qələbə qazanmışıq. Komandada əhvali-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Biz onlara öz oyunlarını göstərmək imkanı verməməyə çalışacağıq”.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI