Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dəhşətli qəzada ölən musiqiçi imiş... - YENİLƏNDİ

22 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən 1987-ci il təvəllüdlü Feyziyev Yadigar Tofiq oğlu tanınmış musiqiçi olub.

Qarmon ifaçısı olan Y. Tofiqoğlunun düşdüyü qəza ilə bağlı araşdırma aparılır.

***

09:37

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Yadigar Tofiqoğlu idarə etdiyi "VAZ" 2107 markalı avtomobillə yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü Y.Tofiqoğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI