Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaribaşvili Marneulidə azərbaycanlılarla görüşdü

21 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneulidə azərbaycanlı ağsaqqallarla görüşüb.

Press.az xəbər verir ki, Marneulidəki “Çay Evi”ndə keçirilən görüşdə hökumət başçısı ağsaqqalları Novruz bayramı münasibətilə təbrik edib.

O, gürcü və Azərbaycan xalqları arasında tarixən mövcud olan xüsusi dostluq münasibətlərindən danışıb və ölkənin demokratik, iqtisadi inkişafında azərbaycanlıların rolunu xüsusi qeyd edib.

Tədbirdə Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla əlaqələr departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, Marneuli Şəhər Şurasının sədri Amiran Qiorqadze, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzəyev iştirak ediblər.

Oxşar xəbərlər
OTACI