Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qalxanvari vəzidəki düyünlər müalicə olurmu?

21 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bir çox insanları maraqlandıran suallardan biri qalxanvari vəzidə düyünlərin bəzilərinin müalicə olmaması ilə bağlıdır.

Press.az xəbər verir ki, həkim – endokrenoloq Sabir Bəbirov bu suala cavab verib.

O bildirdi ki, qalxanvari vəzidə düyünlərin sayı və ölçüsü müxtəlif olur: 5 ml, 10 ml, 15 ml. Buna baxmayaraq həkim müalicə təyin etmir. Səbəb hormonlların düyünlərə baxmayaraq normaldırsa, təbii heç bir müalicəyə ehtiyac yoxdur.

Eutroksin qrupu və digər hormonal pereparatlar yalnız hormonal çatışmamazlıq zamanı təyin olunur.

Lakin bu düyünlərin yaranma səbəblərindən biri bədəndə yod çatışmamazlığıdır. Bunu müəyyən etmək üçün sidikdən analiz vermək kifayət edir. Əgər həqiqətən yod defisiti varsa, həkimin göstərişi ilə müalicə olunur.

Həkim qeyd etdi ki yod defisiti və ya çoxluğu vəzilərdə düyünlərin əmələ gəlməsinə gətirib çıxardır. Düyünlərin əmələ gəlməsində D vitamini çatışmamazlığı da rol oynayır.

Bu düyünlərin yalançı və doğru olmağı və qalxanvari vəzini hormonları yoxlanmalıdır. Çünki qalxanvari vəzinin “ haşimota” xəstəliyində də düyünlər ola bilər. Bunlar yalançı düyünlərdir. Bunların ölçüləri , düyünlərin sayı sizi narahat etməməlidir.

Azərbaycanda əhalinin 50 -60 % ni ultrasəs müayinədən keçirtsək düyünlər aşkar etmək olar. Yalnız müayinə təyin edir ki, siz müalicə almalısız, ya yox.

Oxşar xəbərlər
OTACI