Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xankəndi-Laçın yolundakı aksiya iştirakçılarına bayram sovqatı paylanılıb

21 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şuşada Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçılarına Novruz bayramı sovqatı paylanılıb.

Bu barədə “Report”un hazırda Şuşada olan əməkdaşı xəbər verir.

Belə ki, bayram payı aksiya iştirakçılarına təqdim edilib.

Hazırda aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir.

13:15

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 37 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.  

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına və BQXK-ya məxsus avtomobillərin sayı 47-yə çatıb.

 

10:02

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 10 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 5 minik və 5 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Oxşar xəbərlər
OTACI