Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bilmədiyimiz səyahət sirri: Çoxumuza elə gəlir ki, oteli özümüz bron etsək...

19 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xüsusilə bayram və tətil günlərində insanlar vaxtlarını daha səmərəli, xoş və yaddaqalan etmək üçün müəyyən istirahət yerlərinə üz tutmağı seçirlər. Bu zaman, insanlar düşünür ki, özü səyahət proqramı hazırlasa, birbaşa hoteldə yer bron etsə, daha ucuz və sərfəli olar, nəinki bu proqramı turpaketlə həyata keçirdikdə. Bu yanaşma doğrudurmu? İnsanlar yanılmır ki?

Press.az bildirir ki, publika.az bunu araşdırıb. Mövzu ilə bağlı danışan turizm məsələləri üzrə ekspert Rəhman Quliyev məsələyə aydınlıq gətirib. O, öncəliklə tətil günlərində müşahidə edilən qiymət artımı ilə bağlı fikirlərini bölüşüb.

"Nəzərə alsaq ki, turistlərin çox hissəsi aşağı büdcəyə malikdir. Hamı gəzmək istəyir, onların gəzməyi üçün də, qiymətlər əlçatan olmalıdır. Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi Azərbaycanda da regionlardakı tətil yerlərinin qiymətini elə bir formada tənzimləyirlər ki, həmin günlərdə qiymətlər əvvəlkindən daha baha olur. Bunun da özlüyündə bir neçə səbəbi var. Hotellərdə öncəki günlərdən fərqli olaraq satış daha yüklü olduğu üçün aşağı kateqoriyalı otaqlar satılır, üst dərəcəli otaqlar isə qalır. Təbiidir ki, onlar da qiymət və standart etibarilə nisbətən daha baha olur. Məlum olduğu kimi, qarşıdan yay fəsli gəlir. Bu, tətil deməkdir. Bununla bağlı da artıq erkən satışlar başlayıb. Erkən rezervasiyaların satışlarını turizm şirkətləri həyata keçirir"

İndi isə keçək əsas suala. Ekspert deyir bu gün beynəlxalq səviyyədə, sistemlər mövcuddur. Bütün dünyada fəaliyyət göstərən turoperatorlar var:

"Turoperatorlar hotellərə yatırım edirlər. Məsələn, hər hansı bir turoperator Antalya, Bodrum, yaxud da Dubaydakı otellərə şirkət erkən rezervasiyadan da öncə - yəni əgər erkən rezervasiya fevralda başlayırsa, yanvar ayından etibarən yatırım edir. Və hoteldən müqavilə əsasında ən ucuz qiymətə yerlər bron edir. Həmin hotelləri də dünya bazarında satışa çıxarır. Öz gəlirini də üzərinə əlavə edərək müştərilərə satır. Yaxud da turoperator ölkədə olan turagentlərə faiz verir. Bu, anlaşmaya görə fərqlənir. Anlaşmaya görə turagentlər faiz aldığı üçün, müştəriyə bir qədər güzəştə gedir. Bu baxımdan da turpaket vasitəsi müştəriyə daha ucuza başa gəlir.

Müştəri özü isə birbaşa hotelə sifariş verdikdə, bu, daha baha başa gələcək. Ən azından 10-15 % qədər baha olacaq".

R.Quliyev vurğulayıb ki, insanlar turizm şirkətləri ilə əməkdaşlıq etsələr, daha məqbul olar:

"Məsləhət görürəm ki, insanlar bütün istiqamətlər üzrə istər aviabiletlərin, istərsə də turların və sanatoriyaların alışında turizm şirkətləri ilə əməkdaşlıq etsinlər. Təbii ki, söhbət normal və sağlam strukturlu şirkətlərdən gedir. Turizm şirkətləri birbaşa həmin turistin bu məsələlərdə bir növ vəkili rolunu oynayır.

Çoxillik təcrübəmə əsaslanaraq qeyd edim ki, müştərinin özünün turpaketi, hotel bron etməsi, transfer, sığorta hazırlaması turizm şirkətindən daha ucuz bşa gələ bilməz. Az sayda istisnalar ola bilər. İnsanlar əziyyət çəkməsinlər, səyahət proqramlarını peşəkar turizm proqramlarına həvalə etsələr, onlara daha rahat olacaq.

Bəzən insanlar özləri səyahət prqramı hazırlayıb istər Yeni il tətillərində, istərsə də, mövsümü tətillərdə gedib orada müəyyən sürprizlərlə qarşılaşırlar. Müştərinin özü bron etdiyi hotellərdə problemlərin yaranması ehtimalı daha yüksəkdir.

İnsanlar gedəcəyi şəhərin siyasi startegiyalarını bilmədən onlayn bilet alıb həmin şəhərə yollandıqda, müştəridən hər hansı bir sənəd tələb edildikdə, artıq çıxılmaz vəziyyətə düşür. Bəzən onu oradan deportasiya edirlər, yaxud təyyarəyə minməyə icazə vermirlər və s. Məsələ burasındadır ki, turizm şirkətləri bu məsələləri öncədən bilir və bu istiqamətdə addımlar atır".

Oxşar xəbərlər
OTACI