Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanla Türkiyə arasında daha bir əməkdaşlığa dair protokol təsdiqləndi

18 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanla Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlığa dair protokol təsdiq edilib.

Press.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” təsdiq edilir.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.

Oxşar xəbərlər
OTACI