Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putin Azərbaycan ilə pensiya təminatına dair sənəd imzaladı

18 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında pensiya təminatı sahəsində əməkdaşlığı nəzərdə tutan sazişin ratifikasiyası haqqında Qanun imzalayıb.

Press.az xəbər verir ki, sənəd Rusiyanın rəsmi internet portalında dərc olunub.

Qeyd edək ki, sənəd 2022-ci il aprelin 26-da Bakıda imzalanıb. Tərəflər Rusiya və Azərbaycanın ərazilərində əldə edilmiş pensiya hüquqlarının sığorta təminatının təmin edilməsinə görə maliyyə məsuliyyətinin bölüşdürülməsi barədə razılığa gəliblər. Qanun bütün sığorta və sosial pensiya növlərinə şamil edilir.

Oxşar xəbərlər
OTACI