Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ən çətin yola gedilən BÜRCLƏR

17 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hər bürcün yaxşı və pis cəhətləri var. Ancaq bəzi bürclər də var ki, onlarla yola getmək çətin məsələdir.

Press.az ən çətin yola gedilən bürcləri təqdim edir:

Oğlaq

Bu bürc altında doğulanlar olduqca eqoistdirlər. Onları narahat edən tək şey karyeraları və iş həyatında yüksəlmək arzusudur.

Xərçəng

Oğlaqlara çox bənzəməsələr də xərçəng bürcündən olan insanlar söhbət öz çıxarına gələndə hər şeyi yox etməyə qadir olur.

Xərçənglər sevməyi yaxşı bacaran, ən sadiq bürcdür. Ta ki, pis günlər gələnədək. Xərçəng bürcü nümayəndələri əsas da maddi çətinlik yaranan zaman dünyanın ən şorgöz insanına çevrilə bilirlər.

Onlar gələcəklərini qarantiyaya almağı sevirlər. Buna görə də hesab edirlər ki, çox pulu olan ən yaxşı gələcəyi vəd edəndir.

Qız

Onlar duyğusal deyillər. Buna görə də, qayda-qanunçu, anlayışsız davranışlar sərgiləyirlər. Ətraflarında baş verən hər şeyi öz nəzarətlərində saxlamağa can atırlar.

Nəzarəti əldən buraxmamaq üçün hər yola baş vurmağa razıdırlar. Qız bürclərinin bu cəhətləri həm özlərinə, həm də ətrafındakılara ziyan verir. 

(publika)

Oxşar xəbərlər
OTACI