Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı AÇIQLANDI

17 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı açıqlanıb.

“Report”un xəbərinə görə, Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda müxtəlif qanun pozuntularına yol verdikləri üçün polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 4 805, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 685 azyaşlı gətirilib.

Bildirilib ki, onların biri haqqında qanunauyğun tədbirlər görülüb. Həmin şəxslərdən 258-i polisdə profilaktiki qeydiyyata götürülüb, şəhər, rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyalara 352 material göndərilib.

Oxşar xəbərlər
OTACI