Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında bıçaqlanma hadisəsi olub.
Press.az “Report”-a istinadən xəbər verir ki, Rafiz Nəcəfov münaqişə zəminində Cavidan Mirzəyevi bıçaqlayıb.
Daha sonra Rafiz Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.