Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdəmirdə avtomobil aşıb, 9 yaşlı uşaq və daha 2 nəfər xəsarət alıb

16 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Press.az report-a istinadən xəbər verir ki, Tərtər rayon sakini Bayramlı Ceyhun İdris oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər - Tərtər rayon sakinləri 9 yaşlı Bayramlı Yusif Ceyhun oğlu, 30 yaşlı Orucova Güldəstə Qoşqar qızı və 52 yaşlı Hüseynova Səkinə Aydın qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Oxşar xəbərlər
OTACI